REGİONLAR
Muğanlı-İsmayıllı avtomobil yolunda təmir işləri aparılır VİDEO
Bakı, 12 aprel, AZƏRTAC
Uzunluğu 40 kilometr olan Muğanlı-İsmayıllı avtomobil yolunda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cari təmir işləri aparılır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən təmir işləri çərçivəsində yol boyu çiyin hissələr təmizlənərək bərkidilir, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.
Bundan başqa, yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsilə kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.
Bütün işlər tərtib olunmuş cədvələ uyğun və yüksək keyfiyyətlə aparılır. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika cəlb olunub.
Qeyd olunub ki, payız-qış mövsümündə yağan yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]