REGİONLAR


Muğanlı-İsmayıllı yolunda payız-qış mövsümünə hazırlıqla bağlı təmir işləri görülür

Bakı, 25 sentyabr, AZƏRTAC

Muğanlı-İsmayıllı avtomobil yolunun 1-10-cu kilometrlik hissəsində “Azəravtoyol” ASC tərəfindən təmir-bərpa işləri görülür.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, payız-qış mövsümü ilə əlaqədar olaraq avtomobil yollarında kompleks tədbirlər həyata keçirilir, dağlıq ərazilərdən və sürüşmə zonalarından keçən yollarda qabaqlayıcı addımlar atılır.

Sözügedən yolun sürüşmə ərazilərindən keçən hissələrində bərkitmə işləri aparılır, yolun çiyinləri artıq qruntdan təmizlənərək genişləndirilir. Bundan başqa, dağdan axan yağış və qrunt sularının yolun asfalt-beton örtüyünün altına daxil olmasının qarşısını almaq məqsədilə drenajlar qazılır, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.

Yaxın günlərdə isə qabaqlayıcı tədbirlər yolun 10-12 və 26-29-cu kilometrlik hissələrində də aparılacaq.

Ümumilikdə, payız-qış mövsümünə hazırlıq çərçivəsində Muğanlı-İsmayıllı avtomobil yolunda görülən işlərə “Azəravtoyol” ASC-nin 9 №-li Yol İstismarı MMC tərəfindən lazımi sayda canlı qüvvə və 10-dan artıq maşın-mexanizm cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.