REGİONLAR
Muğanlı-İsmayıllı yolunu sel basıb VİDEO
İsmayıllı, 14 may, AZƏRTAC
Bu gün axşam saatlarında İsmayıllı rayonu ərazisinə yağan güclü leysan yağışları nəticəsində yaranan sel-suları fəsadlar törədib. AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, bir neçə saat davam edən leysan yağışlarından sonra dağlardan gələn sel Şamaxı-Muğanlı-İsmayıllı yolunun Diyallı və Talıstan kəndləri ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinlik yaradıb. Magistral yoldakı su ötürücüləri lil və çöküntülərlə dolduğu üçün yolu sel basıb. Sel-sularının dağlardan gətirdiyi iri daşlar, ağac kötükləri və lil qatı yolun bağlanmasına səbəb olub. Nəticədə Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Şəki istiqamətində və geriyə hərəkət edən yüzlərlə avtomobil yolda qalıb. Sel-suları bəzi ərazilərdə avtomobillərin içərisinə də dolub. Hazırda İsmayıllı rayon yol-istismar idarəsinin texnikası əraziyə cəlb olunub, yolun açılması və nəqliyyatın hərəkətinin bərpası üçün tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]