MƏDƏNİYYƏT


Müğənni Elnarə Xəlilova “Avaz”la türk xalqlarına səslənib

Bakı, 13 fevral, AZƏRTAC

Bakıda TRT Avaz televiziya kanalının hazırladığı “Avaz” layihəsi çərçivəsində eyniadlı tanıtım videosunun çəkilişləri aparılıb. Türk dünyasının birliyini əks etdirən mahnıda hər bir türk xalqını təmsil edən müğənni yer alıb. Azərbaycanın siması seçilən müğənni Elnarə Xəlilova üçün yaradıcı heyət artıq Bakıda çəkilişlərə yekun vurub.

Çəkilişlər Qız qalası, Şirvanşahlar Saray Kompleksi, Karvansaray, Qobustan Milli Tarixi-Bədii Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Alov Qüllələri, Şəhidlər xiyabanı, Dağüstü park və başqa məkanlarda aparılıb.

“Avaz” tanıtım videosu Novruz bayramı ərəfəsindən başlayaraq bütün türk xalqlarının telekanallarında yayımlanacaq, eləcə də radio dalğalarında səslənəcək.

Tanıtım videosunu Ali Çiçiek və Ahmet Sabuncu lentə alır. Bosniya və Herseqovinada çəkilişlərə yekun vurub Azərbaycana gələn yaradıcı heyət buradan da Türkmənistana yollanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.