DÜNYA


Muğlanın Köyceğiz rayonunda beş kəndin əhalisi təxliyə olunub

Muğla, 4 avqust, AZƏRTAC

Avqustun 4-də Muğla vilayətinin Köyceğiz rayonundakı meşə yanğınlarının şiddətlənməsi beş kəndin əhalisinin təxliyəsinə səbəb olub.

AZƏRTAC-ın hadisə yerində olan xüsusi müxbiri xəbər verir ki, rayonun Çayhısar, Sazak, Pınar, Zeytinalanı və Bəyabbası kəndlərinin əhalisi təhlükəsizlik məqsədilə tam şəkildə köçürülüb.

Türkiyəyə qardaş yardımına gələn azərbaycanlı yanğınsöndürənlərin böyük bir hissəsi Bakı vaxtı ilə saat 14:30 radələrində Sazak kənd məscidinin ərazisinə gəliblər. Burada yanğınsöndürənlərimiz müəyyən olunan təyinat üzrə işlərini davam etdirəcəklər. Bölgəyə yardım üçün gələn qüvvələrin əsas hissəsi buradan idarə olunur.

Hazırda rayonun dörd bir tərəfindən yanğınlar müşahidə olunur. Daxili yollarda nəqliyyatın hərəkəti dayandırılıb. Yanğının asfalt yolları əhatə etməsi ciddi risklər yaradıb. Zəruri işlər, o cümlədən təxliyə yanğın dövründə salınmış alternativ torpaq yollarla həyata keçirilir.

Qatı tüstü və duman ətraf ərazilərdə nəfəs çatışmazlığı yaradıb.

Yanğınların qarşısını almaq üçün helikopter, ağır texnika və yağınsöndürən maşınların intensiv çalışır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Muğla

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.