DÜNYA


Muğlanın Milas rayonunda yerləşən Kəmərköy İstilik Elektrik Stansiyası fəaliyyətini dayandırıb

Muğla, 5 avqust, AZƏRTAC

Şiddətli yanğınlar Türkiyənin Muğla vilayətinin Milas rayonunda yerləşən Kəmərköy İstilik Elektrik Stansiyasına yaxınlaşması yerli əhalidə böyük çaşqınlıq yaradıb.

AZƏRTAC-ın xüsusi müxbiri bölgədən xəbər verir ki, sahil limanına toplaşan insanların təxliyəsinə başlanılıb. Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri əhalinin təxliyəsini təmin edib.

Qeyd edək ki, şiddətli yanğın Kəmərköy Milas İstilik Elektrik Stansiyasına yaxınlaşıb. İES-də partlayış yarada biləcək və digər təhlükə risklərinin qarşısını almaq üçün onun ətrafında xəndəklər qazılıb.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb ki, təhlükəsizlik tədbirləri məqsədilə stansiyanın fəaliyyəti dayandırılıb və işçi heyət təxliyə olunub.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə hərəkət edəcək 3-cü yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir.

Bundan əvvəl gələn qüvvələr Muğla vilayətində fəaliyyət göstərir.

Avqustun 4-də Azərbaycan yanğın-xilasetmə birlikləri əvvəlki günlərdə olduğu kimi böyük fədakarlıq göstəriblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Muğla

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.