CƏMİYYƏT


Mühafizə Alayının əməkdaşları üçün psixoloji seminar-treninq keçirilib

Bakı, 18 iyun, AZƏRTAC

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşlarının hərbi bacarıqlarının, biliklərinin, mənəvi-psixoloji hazırlıqlarının artırılması, vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə daimi olaraq görüşlər keçirilir, seminar-treninqlər təşkil edilir.

Penitensiar Xidmətdən AZƏRTAC-a bildiriblər ki, tədbirlər planına uyğun olaraq, Alayın şəxsi heyəti ilə növbəti psixoloji seminar-treninq keçirilib.

“Şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsi, ünsiyyət problemləri” mövzusunda təşkil olunmuş tədbirin əsas məqsədi psixi gərginliklərin, davranışlarda yarana biləcək neqativ dəyişikliklərin aradan qaldırılması, qarşılıqlı münasibətlər sisteminin tənzimlənməsi, vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, həqiqi hərbi xidmət keçən əsgərlərin psixoloji durumlarının daim nəzarətdə saxlanılması və müvafiq psixoloji yardımın göstərilməsi məsələlərinin müzakirəsi olub.

Tədbirdə Penitensiar Xidmətin Baş idarəsinin və Mühafizə Alayının məsul əməkdaşları iştirak ediblər.

Treninqdə qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.