REGİONLAR


Mühafizəçi dostları ilə birlikdə iş yerini qarət edərkən saxlanılıb

Xırdalan, 12 fevral, AZƏRTAC

Abşeron rayonunda mühafizəçi dostları ilə birlikdə iş yerini qarət edib. Hadisə rayonun Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən kərpic zavodunda baş verib.

Rayon Polis İdarəsindən (RPİ) AZƏRTAC–a bildirilib ki, ərazidə fəaliyyət göstərən "Asiman" MMC-yə məxsus kərpic istehsalı ilə məşğul olan zavoddan oğurluq edilməsi barədə məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı həmin müəssisədən 23 və 20 metr uzunluğunda iki ədəd elevator kəməri və 1 ədəd motor oğurlandığı məlum olub. Nəticədə müəssisəyə xeyli miqdarda maddi ziyan vurulub.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, elə həmin müəssisədə gözətçi işləyən, 49 yaşlı Şövqi Xosrovov, tanışları 31 yaşlı Abbas Mehdiyev və 30 yaşlı Elnur Abdıyev saxlanılaraq istintaqa təhvil verilib. Onlar bu hadisəni qabaqcadan planlaşdırdıqlarını və əldə etdikləri malları 630 manata sataraq, pulu öz aralarında böldüklərini etiraf ediblər.

Faktla bağlı cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.