REGİONLAR
Muhammed Cavid Qani: Azad olunmuş torpaqlarda basdırılmış minaları gözlərimizlə görduk VİDEO
Şuşa, 16 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Biz azad olunmuş ərazilərə buradakı dağıntıları qeydə almaq, insan hüquqları pozuntularını monitorinq etmək üçün gəlmişik.
Bunu sentyabrın 16-da Şuşada səfərdə olan İƏT Ombudsmanlar Assosiasiyasının Baş katibliyinin və Pakistan Ombudsman Ofisinin əməkdaşı Muhammed Cavid Qani AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib.
“Azad olunmuş torpaqlarda basdırılmış minaları gözlərimizlə görduk. Biz bu ərazilərdə gördüklərimizlə bağlı hesabat hazırlayacaq və dünya ictimaiyyətinə təqdim edəcəyik”, - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyası prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti Şuşa şəhərinə səfər ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]