DÜNYA


Müharibə başlayandan bəri Ukrayna dövlət büdcəsinə 25 milyard dollar xarici maliyyə cəlb edib

Müharibə başlayandan bəri Ukrayna dövlət büdcəsinə 25 milyard dollar xarici maliyyə cəlb edib

Kiyev, 4 dekabr, AZƏRTAC

Müharibə başlayandan bəri Ukrayna dövlət büdcəsinə 25 milyard dollar xarici maliyyə cəlb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 2022-ci ildə dövlət büdcəsinin kəsiri aylıq 5 milyard dollar təşkil edir.

"Gələn il kəsirin indikindən az - ayda 3-3,5 milyard ABŞ dolları həcmində olacağı proqnozlaşdırılır. Xarici maliyyələşdirmənin cəlb edilməsi ilə bağlı beynəlxalq tərəfdaşlarla danışıqlar davam etdirilir. Çünki gələn il üçün dövlətin iqtisadi sabitliyini qorumaq və dövlət büdcəsinin bütün sosial xərclərini təmin etmək son dərəcə vacib vəzifələrdən biridir”, - deyə məlumatda qeyd olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.