REGİONLAR


Müharibə illərində cəbhəyə yola salınan 6 mindən çox zaqatalalı döyüşçünün yarısı geri qayıtmayıb

Zaqatala, 9 may, Mustafa Dadaşov, AZƏRTAC

İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə Zaqatala şəhərində keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə müharibədə həlak olanların xatirəsinə ucaldılmış “Xilaskar əsgər” abidəsinin önünə gül-çiçək düzüb, igid həmyerlilərinin xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, daha sonra bayram tədbiri Heydər Əliyev Mərkəzində çay süfrəsi ətrafında davam etdirilib.

İkinci Dünya müharibəsi veteranı Vahid Məmmədovun, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə müharibə illərində xalqımızın igid oğul və qızlarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb. Diqqətə çatdırılıb ki, müharibədə iştirak edən 6 mindən çox zaqatalalı döyüşçünün yarıdan çoxu cəbhədən geri qayıtmayıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hər il 9 May Azərbaycanda dövlət səviyyəsində qeyd edilir. Hazırda müharibə veteranlarına dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin bu il aprelin 23-də imzaladığı Sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 manat məbləğində, həmçinin müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlara və digər vətəndaşlara 500 manat məbləğində birdəfəlik maddi yardımın verilməsi bu qayğının bariz nümunəsidir.

Vurğulanıb ki, müharibə iştirakçılarının qəhrəmanlıqlarla dolu şərəfli ömür yolu gənclərə əsl nümunə, örnəkdir.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.