DÜNYA


Müharibənin başlanğıcından bəri əsirlərin ən böyük mübadiləsi baş tutub

Kiyev, 29 iyun, AZƏRTAC

Ukrayna və Rusiya arasında başlanan müharibə dövründə əsrlərin ən genişmiqyaslı dəyişdirilməsi baş tutub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi “Telegram”da məlumat yayıb.

“Əsirlərin növbəti mübadiləsi aparıldı, bunun sayəsində 144 ukraynalı müdafiəçi vətənə qayıdıb. Bu, müharibənin başlanğıcından bəri ən böyük mübadilədir. Azad edilən 144 nəfərdən 95-i “Azovstal”ın müdafiəçisidir. Onların arasında “Azov” alayının 43 hərbçisi də var”, - deyə bildirilib.

Azad olunanların 59-u Milli Qvardiyanın əsgəri, 30-u Dəniz qüvvələri, 28-i Ukrayna Silahlı Qüvvələri, 17-si Ukrayna Dövlət Sərhəd Xidməti, 9-u ərazi müdafiəsi, 1-i isə Ukrayna Milli Polisi hərbçiləri olub.

Onlardan 23-ü zabit və 69-u hərbi çavuş və kiçik zabitlərdir. Azadlığa çıxanların böyüyünün 65, ən kiçiyinin 19 yaşı var.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.