REGİONLAR


Mühasiblərin büdcə və əmək qanunvericiliyi ilə bağlı bilikləri artırılır 

Naxçıvan, 23 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən “Büdcə və əmək qanunvericiliyi” adlı təkmilləşdirici ikigünlük təlim keçirilib.

Mərkəzdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Seçki Komissiyasının və digər büdcə təşkilatlarından 12 mühasibat işçisi iştirak edib.

Gündəliyə uyğun olaraq mərkəzin direktoru Mehriban İmanova Maliyyə Tədris Mərkəzi və keçirilən təlimlər haqqında ümumi məlumat verib, mövzunun aktuallığı və mahiyyəti barədə danışıb. Bildirilib ki, “Mühasibat uçotu haqqında” Qanunda qeyd olunan peşəkar mühasib sertifikatını almaq istəyən şəxslərin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə yanaşı, yerli qanunvericiliyin tələblərini də mükəmməl bilmələri vacib şərtdir. Bugünkü təlimin əsas məqsədi də gələcəyin peşəkar mühasiblərinin büdcə və əmək qanunvericiliyi ilə bağlı biliklərinin artırılmasıdır.

Təlimin ilk günü “Büdcə sistemi və vahid büdcə təsnifatının mahiyyəti” modulu ətrafında büdcə ilə bağlı əsas anlayışlar və onların izahı, Azərbaycan Respublikasının büdcə sistemi, məqsədli büdcə fondları, ehtiyat fondları, icmal büdcə, dövlət büdcəsinin tərtibi qaydaları, Vahid büdcə təsnifatına əsasən gəlir və xərclərin təsnifatı və digər mövzularla bağlı nazirliyin Büdcə şöbəsinin əməkdaşı Ramil Hüseynovun mövzu ilə əlaqədar slaydlarla zənginləşdirilmiş məlumatları diqqətə çatdırılıb, praktiki tapşırıqlar verilib.

Təlimin növbəti günü “Əmək qanunvericiliyinin əsasları” adlı mövzu ətrafında Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılova tərəfindən Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar, əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları, müddətli və müddətsiz müqavilələr, iş vaxtı, natamam iş vaxtı və bu kimi digər maddələr haqqında iştirakçılara məlumat verilib.

Sonda təlim iştirakçılarının peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün test mərhələsi keçirilib və yekun nəticədə müvəffəqiyyət qazanan dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.