SİYASƏT


Mühəndis Qoşunlarında təlim-metodiki toplanış keçirilib VİDEO

Bakı, 4 iyul, AZƏRTAC

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən mühəndis ixtisaslı zabit heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə təlim-metodiki toplanış keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, toplanışda azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, yol infrastrukturunun inkişaf etdirilməsi üzrə Mühəndis Qoşunlarında görülən işlər və bu istiqamətdə digər tapşırıqların müvəffəqiyyətlə icra olunması üçün hərbi qulluqçuların üzərinə düşən vəzifələrdən danışılıb.

Keçirilən məşğələlərin planına əsasən şəxsi heyətə silahlanmada olan müasir mina əleyhinə qoruyucu istehkam kostyumları, minaaxtaranlar, partlamayan piyada və tank əleyhinə mühəndis maneələrinin nümunələri nümayiş etdirilib. İstehkamçılara fərdi və mexaniki mina axtaran cihazlardan ibarət tədris bazaları və onlardan istifadə qaydaları izah edilib.

Təlim-metodiki toplanışların keçirilməsində əsas məqsəd zabitlərin mühəndis ixtisası üzrə praktiki vərdişlərinin daha da artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.