SİYASƏT


Mülazim Pahsa: Türkiyədə Azərbaycan həqiqətləri ilə bağlı təbliğat işini daha da gücləndirəcəyik

Bakı, 7 yanvar, AZƏRTAC

Türkiyənin İzmir şəhərində 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi təhsil, mədəniyyət sahələrində, ölkələrarası münasibətlərin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirir. Dərnək Türkiyənin rəsmi qurumları ilə əməkdaşlıq şəraitində işləyir. Biz Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı işlərimizi davam etdiririk. Bu işləri daha da gücləndirəcəyik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin sədri Mülazim Pahsa söyləyib.

O qeyd edib ki, Azərbaycan dərnəyinin təşəbbüsü və İzmir şəhəri Bornova rayon bələdiyyəsinin dəstəyi ilə Azərbaycan-Türkiyə Dostluq Parkı, azərbaycanlıların kompakt yaşadıqları ərazidə Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş abidə, o cümlədən İzmir Qarşıyaxa bələdiyyəsi ərazisində Heydər Əliyev Parkı istifadəyə verilib.

Dərnəyin sədri qeyd edib ki, rəhbərlik etdiyi ictimai qurum İzmir şəhərinin böyük klinikaları ilə də əməkdaşlıq edir. Belə ki, İzmirdə fəaliyyət göstərən müxtəlif klinikalarda müalicə olunan azərbaycanlılara yardım məqsədilə sosial layihələr reallaşdırılıb. Bundan başqa, dərnək İzmirin müxtəlif universitetləri ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. İzmirdə təhsil alan azərbaycanlı tələbələrə dəstək verilir. Bundan başqa, İzmirin Doqquz Eylül və Ege universitetləri ilə də əməkdaşlıq əlaqələrimiz mövcuddur.

Dərnəyin Azərbaycan həqiqətlərinin təbliği sahəsində gördüyü işlərdən danışan sədr Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı mütəmadi olaraq dəyirmi masaların və sərgilərin təşkil edildiyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.