CƏMİYYƏT


Mülki Müdafiə Günü ilə bağlı tədbirdə zəlzələ zamanı davranış qaydalarından danışılıb

Bakı, 27 fevral, AZƏRTAC

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) tədbir keçirilib.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov tədbirdə çıxış edərək Ümumdünya Mülki Müdafiə Gününün təsis edilməsi və dünya ölkələrində bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Azərbaycanda Mülki Müdafiə sahəsində görülən işlərdən danışan baş direktorun müavini hadisələrdən və təbii fəlakətlərdən heç kimin sığortalanmadığını qeyd edib. O bildirib ki, buna görə də ölkəmizdə bu sahədə davamlı tədbirlər həyata keçirilir. Bütün təşkilatlarda Mülki Müdafiə qərargahları yaradılır.

Mərkəzin Mülki Müdafiə Qərargahının (MMQ) rəisi Cahid Hüseynov isə öz çıxışında qərargah tərəfindən yaradılan mülki müdafiə dəstələrinin keçdiyi təlimlər haqqında danışıb. Mülki müdafiə tədbirlərinin Azərbaycanda dövlət səviyyəsində həyata keçirildiyini qeyd edən MMQ rəisi sahəsindən asılı olmayaraq bütün iş yerlərində belə təlimlərin keçirilməsinin zərurət olduğunu deyib.

Tədbirdə Mülki Müdafiə tədbirlərinə dair videoçarx nümayiş etdirilib. Həmçinin zəlzələ zamanı davranış qaydaları ilə bağlı maarifləndirmə işlərinin aparılmasına dair məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.