İQTİSADİYYAT


Mülki aviasiya işçilərinin peşə bayramı günü ilə bağlı onlayn tədbir keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyi 2 iyun mülki aviasiya işçilərinin peşə bayramı günü ilə bağlı akademiyanın tələbələrinin iştirakı ilə onlayn tədbir keçirib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə muzeyin əməkdaşı Elnaz Osmanova Azərbaycan mülki aviasiyasının tarixi, inkişaf mərhələləri, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verərək, xüsusilə də son illərdə əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb. Tədbirin yekununda muzeyin fond materialları əsasında hazırlanmış “Azərbaycan mülki aviasiya tarixi fotoşəkillərdə” adlı fotosərgi nümayiş edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.