İQTİSADİYYAT
Mülki müqavilə ilə işləyən işçilərin ezam xərcləri gəlirdən azaddırmı?
Bakı, 19 iyun, AZƏRTAC
Mülki müqavilə ilə işləyən işçilərin ezam xərcləri gəlirdən azaddırmı?
Vergilər Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, ezamiyyə xərcləri əmək müqaviləsi ilə çalışan işçilər üçün nəzərdə tutulur. Mülki-hüquqi müqavilələr ilə çalışan şəxslər üçün isə hansısa xərclərin ödənilməsi ezamiyyə xərcləri hesab olunmur və həmin şəxslərin gəliri hesab edilir. Həmin şəxslər vergiödəyicisi olduqda gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərir, gəlirlərindən xərclərini çıxmaqla 20 faiz dərəcə ilə vergi ödəyirlər.
Mülki-hüquqi müqavilə ilə xidmət göstərən şəxs vergi orqanında uçotda olmadığı halda, gəliri ödəyən şəxs tərəfindən ödəmə mənbəyində 2500 manatadək 14 faiz, 2500 manatdan çox olan hissənin 25 faiz dərəcə ilə gəlir vergisi və 25 faiz məbləğində sosial sığorta haqqı tutularaq büdcəyə ödənilməlidir.