DÜNYA


Mülki şəxslərin təxliyəsi üçün Ukraynada 10 humanitar dəhliz açılıb

Mülki şəxslərin təxliyəsi üçün Ukraynada 10 humanitar dəhliz açılıb

Kiyev, 14 mart, AZƏRTAC

Martın 14-də mülki şəxslərin təxliyəsi üçün Ukraynada 10 humanitar dəhliz açılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk videomüraciətində bildirib.

O deyib ki, Kiyev vilayətində 6, Luqansk vilayətində isə 4 humanitar dəhliz açılıb. Mariupol şəhərindən dəhlizin açılması üçün danışıqlar davam etdirilir.

Qeyd edək ki, artıq bir neçə gündür Ukraynada müxtəlif istiqamətlər üzrə humanitar dəhliz açılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.