CƏMİYYƏT


Mülki vətəndaşlar hədəf deyil...

Bakı, 19 avqust, AZƏRTAC

Avqustun 19-u dünyada Beynəlxalq Humanitar Yardım Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən 2008-ci ildə rəsmi olaraq təsis edilib. İlk dəfə isə 19 avqust 2009-cu ildə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, həmin tarix ehtiyacı olan insanlara humanitar yardım edərkən həyatını itirənlərin xatirəsinə həsr olunub.

BMT-nin Baş katibinin xüsusi nümayəndəsi Serxio Vieyra de Mello və onun İraqdakı Yardım Missiyasında çalışan 21 həmkarı 19 avqust 2003-cü ildə Bağdaddakı “Kanal Otel”də kamikadzenin özünü partlatması nəticəsində həlak olublar. Bu tarix məhz onların xatirəsini anmaq üçün qurum tərəfindən xüsusi olaraq seçilib.

Hər il müxtəlif təşkilatlarda və üzv ölkələrdə qeyd edilən Beynəlxalq Humanitar Yardımlar Günü bir mövzuya əsaslanır. Cari ildəki şüar isə “Mülki vətəndaşlar hədəf deyil” adlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.