İQTİSADİYYAT


Mülkiyyətində təmir sexi olan fərdi sahibkar əmlak vergisini hara ödəməlidir?

Bakı, 5 iyul, AZƏRTAC

Vergi Məcəlləsinə əsasən, xüsusi mülkiyyətində təmir sexi olan fərdi sahibkar fəaliyyəti dövründə qeyri-yaşayış sahəsinə görə əmlak vergisini hara ödəməlidir?

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, binalar istisna olmaqla, fərdi sahibkarların balansında olan əsas vəsaitlərə görə əmlak vergisi dövlət büdcəsinə ödənilir. Fərdi sahibkarın xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisinin hesablanıb ödənilməsi mexanizmində hər hansı dəyişiklik yoxdur. Belə ki, fərdi sahibkarın mülkiyyətində olan binalara, o cümlədən təmir sexi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinə görə əmlak vergisi əvvəlki qaydada bələdiyyə tərəfindən təqdim edilmiş tədiyyə bildirişi əsasında bələdiyyə büdcəsinə ödənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.