CƏMİYYƏT


Multikulturalizm Mərkəzində ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə komissarı ilə görüş olub

Bakı, 14 noyabr, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə komissarı, Xristian Liderlərin Təriqətlərarası Konqresinin banisi və prezidenti Conni Murla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə BBMM-in icraçı direktoru Rəvan Həsənov Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi uğurlu multikulturalizm siyasəti, Azərbaycan multikulturalizmi modelinin üstünlükləri, “Bakı Prosesi” və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin beş illik fəaliyyəti dövründə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. İcraçı direktor Dünya dini liderlərinin II Bakı Sammiti və onun əhəmiyyəti barədə mövzuya da toxunub.

ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə komissarı, Xristian Liderlərin Təriqətlərarası Konqresinin banisi və prezidenti Conni Mur Azərbaycanda ilk dəfə olmadığını qeyd edərək, ölkədəki tolerant və multikultural mühiti uğurlu nümunə kimi yüksək dəyərləndirib.

Görüşdə ölkəmizdəki Yevangelist protestant dini icmaların – “Azərbaycan Bibliya Cəmiyyəti”, “Həyat Sözü”, “Yeni Həyat”, “Alov” Xristian Ev Kilsələri,“Vineyard Azərbaycan” “Baptist Kilsəsi”, “Şərqdə Ulduz”, “Yevangelik Lyuteran Kilsəsi”, “Aqape”, “Yeddinci Günün Adventistləri” xristian dini icmalarının rəhbərləri də iştirak ediblər. İcma rəhbərləri təmsil etdikləri dini qrupların fəaliyyəti, Azərbaycanda onlar üçün yaradılan yüksək şərait barədə geniş məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.