DÜNYA
Mumbay şəhərində basırıq zamanı azı 22 nəfər ölüb VİDEO
Bakı, 29 sentyabr, AZƏRTAC
Hindistanın Mumbay şəhərində yerləşən Elfinstoun dəmiryol stansiyasına aparan piyada körpüsündə basırıq nəticəsində azı 22 nəfər həlak olub, 30 nəfərə yaxın insan isə yaralanıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, insident bu gün səhər saatlarında qeydə alınıb. Hazırda hadisə yerində xilasedicilər və təcili yardım xidmətinin əməkdaşları işləyir.
Times of India nəşrinin yazdığına görə, insidentin baş verdiyi keçid çox dardır və günün pik saatlarında bura həmişə çoxlu insan toplaşır.
Bəzi məlumatlara əsasən, kütlə arasında eşidilən qışqırıq çaxnaşma yaradıb. Digər versiyaya görə isə insidentə qəfil başlayan leysan səbəb olub. İnsanlar yağışdan qorunmaq üçün dəstə-dəstə piyada keçidinin altına tərəf axışıb və nəticədə basırıq yaranıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]
Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]