DÜNYA


Mun Ce-in: KXDR-ABŞ sammiti nüvəsizləşdirilmə prosesinin yalnız başlanğıcıdır

Bakı, 11 iyun, AZƏRTAC

KXDR və ABŞ liderləri Kim Çen In və Donald Tramp arasında Sinqapurda keçiriləcək görüş Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində “uzun prosesin” yalnız başlanğıcıdır.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Koreya Respublikasının Prezidenti Mun Ce-in iyunun 11-də köməkçiləri ilə görüşü zamanı deyib. Onun fikrincə, ABŞ və KXDR arasında dərin kök atmış düşmənçilik münasibətləri, həmçinin Şimali Koreyanın nüvə proqramı ilə bağlı məsələlər bir sammitdə həll edilə bilməz. Hətta liderlər dialoqa başladıqdan sonra belə problemin tam həlli üçün bir-iki il və ya daha çox vaxt apara biləcək uzun proses lazım gələcək. Mun Ce-in, həmçinin bu prosesin sona çatması üçün Koreya Respublikasının, KXDR-in və ABŞ-ın “səmimi cəhdlərinin” və digər tərəflərin dəstəyinin vacib olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında tarixi görüş iyunun 12-də Sinqapurun Sentosa adasındakı “Capella” mehmanxanasında keçiriləcək. Hər iki ölkə lideri artıq Sinqapura gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.