DÜNYA


Mun Ce-in: KXDR lideri nüvə silahsızlaşdırılmasına dair vədini yerinə yetirəcək

Bakı, 26 sentyabr, AZƏRTAC

Şimali Koreya lideri Kim Çen In gənc, lakin nüvə silahının tam ləğvinə dair verdiyi vədi yerinə yetirə biləcək etibarlı liderdir.

AZƏRTAC xəbər verir ki, bu fikri Cənubi Koreya Prezidenti Mun Ce-in ABŞ-ın “Fox” xəbərlər şəbəkəsinə müsahibəsində söyləyib. O, Şimali Koreyanın nüvə silahından imtina edəcəyinə dair inamını onunla əsaslandırıb ki, nüvə silahsızlaşdırılması vədi ölkənin ən yüksək lideri tərəfindən səsləndirilib.

“Mən bilirəm ki, bir çox adam Şimali Koreyanın nüvə silahından əl çəkəcəyinə inanmır. Çünki indiyədək məsələyə dair bir neçə razılaşma əldə olunsa da, onlar həyata keçməyib. Ona görə də bəzi adamlar bu məsələyə əmin deyillər”, - deyən Mun Ce-in əlavə edib ki, budəfəki razılaşma əvvəlkilərdən köklü şəkildə fərqlənir. Çünki əvvəlki razılaşmalar yalnız işçi səviyyədə əldə olunmuşdu. Amma sonuncu razılaşma tarixdə ilk dəfə keçirilmiş ABŞ və KXDR liderlərinin görüşündə əldə edilib.

Mun Ce-in əmin olduğunu bildirib ki, Kim Çen Inın nüvə silahından əl çəkərək, iqtisadiyyatın inkişafı yolu ilə xalqının daha yaxşı yaşamasına dair strateji fikirləri var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.