İDMAN


Mundial tarixində ilk qadın hakim: Stefani Frappar

Mundial tarixində ilk qadın hakim: Stefani Frappar

Bakı, 1 dekabr, AZƏRTAC

Kişi futbolçular arasında keçirilən dünya çempionatının tarixində ilk dəfə oyuna qadın hakim təyinat alıb. Dekabrın 1-də Almaniya və Kosta-Rika milli komandaları arasında keçiriləcək E qrupunun üçüncü tur matçını fransalı Stefani Frappar idarə edəcək.

AZƏRTAC xəbər verir ki, S.Frappar Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) qadın hakimlər reytinqinə başçılıq edir. O, Fransa Liqa 1, Liqa 2, UEFA Super Kuboku, Avropa və Çempionlar liqalarının matçlarında ilk qadın hakim kimi tarixə düşüb.

Qətərdə keçirilən mundialın hakimləri arasında S.Frapparla yanaşı, ruandalı Salim Mukansanqa, Yaponiyadan Yoşimi Yamaşita və hakim köməkçiləri Neuzu Back (Braziliya), Karen Diaz Medina (Meksika) və Ketrin Nesbitt (ABŞ) də var. Qadın hakimlər öz milli çempionatlarında və beynəlxalq matçlarda hakimlik ediblər. Lakin Frappar kişi futbolunda iş baxımından ən təcrübəlidir.

Kosta-Rika - Almaniya matçında S.Frappara N.Back, K.Medina və honduraslı Said Martinez kömək edəcəklər.

Matç “Əl Beyt” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.