DÜNYA


Münhen Təhlükəsizlik Konfransı üz-üzə formatda keçiriləcək

Bakı, 26 oktyabr, AZƏRTAC

2022-ci il fevralın 18-20-də baş tutacaq Münhen Təhlükəsizlik Konfransı son iki il ərzində ilk dəfə olaraq üz-üzə formatda keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Deutsche Presse informasiya agentliyi konfransın sədri Volfqanq İşingerə istinadla məlumat yayıb.

Məlumata görə, koronavirus pandemiyası səbəbindən tədbirdə iştirakçıların sayı məhdudlaşdırılacaq. Konfrans sədrinin fikrincə, belə formatda keçirilən tədbirlərdə tez-tez “incə məsələlər” müzakirə olunduğu üçün şəxsi ünsiyyətə ehtiyac böyükdür.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı bu il video formatda keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.