İDMAN


Munir El Haddadi “Sevilya” klubuna transfer edilib

Bakı, 12 yanvar, AZƏRTAC

İspaniyanın “Sevilya” futbol klubu hücumçu Munir El Haddadini “Barselona”dan transfer edib.

AZƏRTAC “Sevilya” klubunun saytına istinadla xəbər verir ki, 23 yaşlı ispaniyalı futbolçunun keçidi 1 milyon 50 min avroya başa gəlib.

Munir El Haddadi karyerasına 2014-cü ildə “Barselona”da başlayıb. Hücumçu cari mövsümdə Kataloniya təmsilçisinin heyətində 11 oyunda 2 qol vurub. O, 2014-cü ildə İspaniya millisinin heyətində debüt edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.