İQTİSADİYYAT


Müntəzəm marşrut xətlərindən Vətənə dəstəklə bağlı kreativ aksiya

Bakı, 14 oktyabr, AZƏRTAC

Paytaxtda marşrut avtobuslarının bəziləri maraqlı tərtibatda xəttə çıxarılıb.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, avtobusların üzərinə "Qarabağ Azərbaycandır!" və "Qələbə Bizimlədir!" şüarı yazılıb. Həmçinin dövlət bayrağı və ölkəmizin xəritəsi əks olunub. Avtobusların vətənpərvərlik mövzusunda tərtibatı böyük marağa səbəbə olub. Aksiyanın keçirilməsində məqsəd cəmiyyətimizdə mövcud olan yüksək vətənpərvərlik ruhunu daha da artırmaqdır. Bu tərtibatda avtobuslar 13 və 14 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.