DÜNYA


Münxendə almaniyalı qadın İŞİD-lə əməkdaşlığa görə mühakimə ediləcək

Berlin, 11 aprel, AZƏRTAC

Münxendə Cennifer V. adlı 27 yaşlı almaniyalı qadının məhkəməsi başlayır. Həyat yoldaşı ilə İraqda yaşayan bu qadın Mosul və Fəllucə şəhərlərində İŞİD-in “əxlaq polisi”ndə xidmət edib.

AZƏRTAC “dpa” agentliyinə istinadla xəbər verir ki, Cennifer V. və onun əri 2015-ci ildə əsirlər satılan bazarda terrorçular tərəfindən yezidi kürdlər ailəsindən zorla götürülmüş 5 yaşlı qız uşağını alıblar. İstintaq materiallarında bildirilir ki, bir dəfə uşaq xəstələnib və yuxuda döşəyini isladıb. Ertəsi gün qadının əri qızı zəncirləyərək günün altında saxlayıb. Uşaq susuzluqdan və bədən hərarətinin qızmasından ölüb.

Həmçinin bildirilir ki, polis ölən uşağın anası olması ehtimal edilən qadını tapıb. Həmin qadın məhkəməyə gətirilərək şahid qismində ifadə verəcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.