DÜNYA


Münxendə naməlum şəxs bıçaqla dörd nəfəri yaralayıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Almaniyanın Münxen şəhərinin tarixi hissəsinin yaxınlığında yerləşən “Rozenhaymer Plas” meydanında naməlum şəxs bıçaqla dörd nəfəri yaralayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Bavariya paytaxtının polis idarəsinin “Twitter” səhifəsində yerləşdirilib.

Polis vətəndaşları meydandan uzaq durmağa, yaxınlıqda yerləşən binaların sakinlərini evdən çıxmamağa çağırıb.

Hazırda hücum edən şəxsin axtarışı davam edir. Cinayətkarın motivləri məlum deyil. Hadisənin təfərrüatları barədə məlumat verilmir.

“Bild” qəzeti yaralıların həyatının təhlükə altında olmadığını yazır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.