CƏMİYYƏT


Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə üzrə işçi qrupunun növbəti iclası keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirə Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Məhkəmə-Hüquq Şurasının, Mərkəzi Bankın, Dövlət İmtahan, İqtisadi İslahatların Təhlili və Kommunikasiya, Elektron Hökumətin İnkişafı mərkəzlərinin nümayəndələri qatılıblar.

İclasda işçi qrupun 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlər, avqustun 19-da və 27-də keçirilmiş iclaslarda qərara alınmış tədbirlərin icrası vəziyyəti barədə məlumat verilib.

Həmçinin Fəaliyyət Planında müəyyən edilmiş tədbirlərin icrasının təşkili məsələləri müzakirə olunaraq zəruri işlərin görülməsi, İşçi qrupun növbəti il üçün fəaliyyət planının layihəsinin hazırlanması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.