DÜNYA


Müqəddəs Həcc ziyarəti başlayıb - Fotoreportaj

Qahirə, 7 iyul, AZƏRTAC

COVID-19 pandemiyası ilə bağlı ikiillik fasilədən sonra 1 milyona yaxın əcnəbi, o cümlədən azərbaycanlı zəvvarın iştirak etdiyi və İslamın beş əsas şərtindən biri olan müqəddəs Həcc ziyarəti başlayıb.

AZƏRTAC xəbər verir ki, bu gün zəvvarlar Tərviyə gününü keçirmək üçün Minaya axın edirlər. Tərviyə gününün mənası “Su ehtiyatı toplamaq”dır. Hacılar Ərəfatda xüsusi əməlləri yerinə yetirmək üçün su ehtiyatı görməlidirlər. Həmin günə ona görə tərviyə deyirlər ki, Ərəfat səhrasında su olmadığından hacılara Məkkədən su gətirərdilər. Bu, Ərəfə günü üçün müqəddimədir.

Rəsmi SPA agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarların təhlükəsizliyinin və sağlamlığının qorunması üçün bütün tədbirləri görüb, fiziki imkanları məhdud olanlar üçün xüsusi xidmət yaradılıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.