DÜNYA


Müqəddəs Məryəm Ana kilsəsində baş vermiş yanğınla bağlı təhqiqat işi başlayıb

Paris, 16 aprel, AZƏRTAC

Parisdəki Məryəm Ana kilsəsində baş vermiş yanğınla bağlı təhqiqat işi başlayıb.

AZƏRTAC xəbər verir ki, parislilər Məryəm Ana kilsəsindəki yanğının söndürülməsi üçün təyyarə və ya vertolyotlardan istifadə edilməməsinin səbəbi ilə bağlı sosial şəbəkələrdə suallarla müraciət ediblər.

Mülki təhlükəsizlik xidməti izah edib ki, bu cür yanğınlarda təyyarə və vertolyotlardan istifadə edilmir. Çünki onlar texniki baxımdan belə şəraitə adaptasiya edilməyib. Eyni zamanda, tonlarla suyun belə kövrək binalarda istifadəsi onların daha çox zərər çəkməsinə, hətta uçmasına səbəb ola bilər.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.