SİYASƏT


Müqəddəs Taxt-Tacın İspaniyadakı nümayəndəsi : Azərbaycanın mədəni irsin qorunması istiqamətindəki fəaliyyəti təqdirəlayiqdir

Rabat, 4 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Ramiz Həsənov Müqəddəs Taxt-Tacın bu ölkədəki diplomatik nümayəndəliyinin rəhbəri, İspaniyada akkreditə olunmuş diplomatik korpusun duayeni, arxiyepiskop Bernardito Ausa (Bernardito Auza) ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə səfir Ramiz Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə ümumbəşər əhəmiyyətli multikultural dəyərlərin, mədəni və etnik müxtəlifliyin qorunmasının Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini bildirib, bu sahədə ölkəmizin Müqəddəs Taxt-Tacla sıx əməkdaşlıq etdiyini, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfərlərinin ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsinə münbit zəmin yaratdığını diqqətə çatdırıb.

Azərbaycan dövlətinin, xüsusilə Heydər Əliyev Fondunun dünyanın müxtəlif guşələrində tarixi, dini və mədəni abidələrin qorunması, bərpası ilə bağlı layihələr həyata keçirdiyi bildirilib, 2015-ci ildə Romada xristianlığın ən dəyərli abidələrindən hesab olunan Müqəddəs Marçellinio və Pietro katakombalarının (100-200-cü illərə aid) bərpasını başa çatdırdığı qeyd olunub. Belə təşəbbüslərin Azərbaycanın nəinki öz torpaqlarında, eyni zamanda, dünya miqyasında mədəni irsin qorunmasına xüsusi önəm verdiyinin bariz nümunəsi olduğu vurğulanıb.

Arxiyepiskop Bernardito Ausa ölkələrimiz arasında yüksək səviyyədə olan münasibətlərdən məmnunluqla bəhs edərək, Azərbaycanda tolerantlıq və dialoq sahəsində görülmüş işlərin nəticəsi olaraq, Roma Papası Fransiskin 2016-cı ildə Azərbaycana səfər etdiyini, Müqəddəs Məryəm Ana katolik kilsəsində dua mərasimi zamanı Azərbaycanı “sivilizasiyalar arasında körpü” adlandırdığını qeyd edib. O, Azərbaycanın mədəni irsin qorunması istiqamətindəki fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.