MƏDƏNİYYƏT


“Müqəddəs ailə” kilsəsinin tikintisini nəzərdə tutulan vaxtda bitirmək mümkün olmayacaq

Bakı, 17 sentyabr, AZƏRTAC

Pandemiya ilə əlaqədar olaraq Barselonada yerləşən “Müqəddəs ailə” kilsəsinin tikintisini nəzərdə tutulan vaxtda başa çatdırmaq mümkün olmayacaq.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə kilsənin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl, kilsədə aparılan tikinti işlərini 2026-cı ildə məşhur İspaniya memarı Antonio Qaudinin (1852-1926) vəfatının 100 illiyi münasibətilə yekunlaşdırmaq nəzərdə tutulmuşdu. Kilsənin tikintisi memarın hazırladığı layihə əsasında aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.