Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Müqəddəs savaş

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan ictimaiyyəti bu günlərdə böyük qürur hissi ilə milli tariximizdə silinməz iz qoymuş Vətən müharibəsinin başlanmasının, Azərbaycan torpaqlarında 30 illik erməni işğalına son qoyulmasının, tarixi Qələbənin ilk ildönümünü qarşılayır. Müstəqilliyimizi bərpa edəndən sonra ilk dəfədir ki, biz rayonlarımızın işğal tarixini yox, azad edilməsini qeyd edəcəyik. Tarixçilər, hüquqşünaslar, siyasi texnoloqlar, hərbi ekspertlər, sənət adamları və digərləri bu əlamətdar və heyrətamiz hadisəni müxtəlif baxış bucaqlarından təhlil etməyə çalışırlar. Lakin, düşünürəm ki, Qarabağın azadlığı uğrunda Vətən müharibəsinin başlanmasına zəmin yaradan amilləri müstəqilliyimizin əldə olunması, dövlətçiliyimizin qorunması, ərazi bütövlüyümüzün bərpası aspektində araşdırmadan onu dolğun dəyərləndirmək və mahiyyətini tam şəkildə açmaq mümkün deyil.

Bu fikirlər Milli Məclisin deputatı Əli Hüseynlinin Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Müqəddəs savaş” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Uzaq məqsədlərə hesablanmış məkrli qərar

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi sonucda işğal amilini aradan qaldırmaqla haqqın və ədalətin bərpasına xidmət nümunəsi kimi tarixə yazıldı. Qatı millətçi Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının kökü çox uzaq mətləblərlə bağlıdır. Tarix sübut etdi ki, həqiqətən də Sovetlər Birliyinin formalaşdığı ilk dövrdə, mərkəzi hakimiyyətinin təzyiqi altında 1923-cü ildə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, Ümummilli lider Heydər Əliyevin təbirincə desək, “Azərbaycanın içinə qoyulmuş və nə vaxtsa partlayacaq bir bomba idi”.

1999-cu il fevralın 9-da Prezident Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyinə hazırlıq üzrə komissiyanın üzvləri ilə görüşündə Ulu Öndər bu məsələ ilə bağlı maraqlı faktları açıqlamışdır: “1988-ci ildə ermənilər Dağlıq Qarabağa iddia etməyə başladıqda, onlar Stalin və Orconikidzeni ittiham etməyə başladılar. Guya onlar azərbaycanlıların təzyiqi altında Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlayıblar, amma biz Dağlıq Qarabağa muxtariyyət verilməsinin Azərbaycana qarşı yönəlmiş bir qərar olduğunu hesab edirik. Tarixi bilənlər və tarixi sənədlərlə tanış olanlar bilirlər ki, o vaxt Nərimanov və başqaları buna qarşı necə mübarizə aparıblar. Onların nail olduqları yeganə şey Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaqdan ibarət olub. Tarixçilərə o da məlumdur ki, Moskvada, Tiflisdə, Zaqafqaziya Federasiyasında Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi qaldırılanda Nəriman Nərimanov ciddi bəyanatla çıxış edərək bildirib ki, belə olan təqdirdə biz Rusiyaya neft tədarükünü dayandıracağıq. Məhz bu kəskin mübarizə nəticəsində belə bir qərar verilib”.

Sovetlər dönəmində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları dəfələrlə təkrarlanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 60-80-ci illərində bu qisimdən olan təxribatların qarşısı hər zaman qətiyyətlə alınırdı. O, SSRİ-nin ali rəhbər orqanlarına irəli çəkildikdən sonra da bu məsələni ciddi nəzarətdə saxlayır və separatizmin baş qaldırmasına imkan vermirdi. Lakin beynəlxalq erməni mafiyasının girovuna çevrilmiş Mixail Qorbaçov Heydər Əliyevin nüfuzuna qısqanclıqla yanaşdığına və onu özünə bir nömrəli rəqib saydığına görə 1987-ci ildə bu xəyanətkar münasibət nəticəsində o, rəhbərlikdən uzaqlaşdırıldı. Bundan sonra mərkəzdən rahat şəkildə dəstək almağa nail olan erməni millətçiləri fürsətdən istifadə edərək yenidənqurma, demokratiya və aşkarlıq pərdəsi altında Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan qoparılmasına yönəlmiş mənfur niyyətlərini reallaşdırmağa başladılar.

Təəssüf ki, o zaman Azərbaycanın başında duran rəhbərlər bu hadisələrdə dişsizlik və iradəsizlik nümayiş etdirdilər, bəzən isə hətta antimilli mövqe tutdular. Nəticədə separatistlərə qarşı heç bir tədbir görə bilmədilər. Bu müstəvidə Azərbaycanda başlamış xalq hərəkatının AXC və Müsavat kimi müxtəlif səbatsız və avantürist qüvvələr tərəfindən nizamsız şəkildə idarə olunması və 300 mindən artıq azərbaycanlının Ermənistandan qovulması nəticəsində vəziyyət daha da mürəkkəbləşdi. 1990-cı ilin qanlı 20 Yanvar hadisələri baş verənlərin kulminasiya nöqtəsi oldu və keçmiş Dağlıq Qarabağ ərazisində separatizm fonunda vəziyyət gərginləşdi.

Qarabağ problemi hakimiyyət uğrunda mübarizədə alət kimi

Sovetlər Birliyinin süqutu nəticəsində digər müttəfiq respublikalar kimi Azərbaycanın da müstəqillik əldə etməsindən sonra 1991-1992-ci illərdə ölkədə cərəyan edən hadisələr əsasən Qarabağ mövzusu üzərindən siyasi hakimiyyət uğrunda gedən mübarizə ilə müşayiət olunurdu. Bu isə problemin həllinə kömək etməyə deyil, onu daha dərinə düşməyə şərait yaratdı. Bu ərəfədə başları kreslo davasına qarışmış AXC-Müsavat cütlüyü, əslində, erməni separatçılarına fürsət vermiş oldular. Hakimiyyəti ələ keçirmək üçün Qarabağ kartından istifadə edən siyasi diletant Əbülfəz Elçibəy və onun səriştəsiz komandası 1992-ci ilin may ayında Şuşa və Laçının işğalına xəyanətkarcasına şərait yaratmaqla öz məqsədlərini reallaşdıra bildi. Lakin onların hakimiyyətdə olduqları dövrdə də Qarabağ müharibəsi öz havadarlarından dəstək alan Ermənistanın üstünlüyü ilə davam etdi. 1993-cü ilin aprelində müstəsna strateji əhəmiyyətə malik Kəlbəcər rayonunun işğal olunması nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi əlaqə yarandı və beləliklə də digər ərazilərin düşmənin nəzarətinə keçirilməsi daha da asanlaşdı.

Nəhayət, 1993-cü il 4 iyun Gəncə qiyamı və vətəndaş qarşıdurması ilə müşayiət olunan hadisələr xalq arasında nüfuzunu tamamilə itirmiş AXC-Müsavat cütlüyünün hakimiyyətdən getməsini labüdləşdirdi və Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışını tarixi zərurətə çevirdi.

Lakin Şuşanı və Laçını düşmənə təslim etməklə hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü bu dəfə digər rayonların işğalına şərait yaratmaqla yenidən hakimiyyətə qayıtmaq kimi ambisioz niyyətlərini həyata keçirmək istəyirdilər. Bu məqsədlə də faktiki olaraq cəbhəçilərin nəzarətində olan silahlı birləşmələr döyüş zonalarından uzaqlaşdırılır və orduda hərc-mərclik yaradılırdı. Heydər Əliyevin güclü və müstəqil bir siyasətçi olduğunu bilən xarici qüvvələr də bu ərəfədə işğalçı Ermənistana dəstək verirdilər. Nəticədə 1993-cü ilin iyul-avqust aylarında Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı rayonları düşmənin nəzarəti altına keçdi.

1993-cü ilin oktyabrın 3-də xalqın böyük əksəriyyətinin etimadı və iradəsi ilə müstəqil dövlətimizin yeni və həqiqi Prezidenti seçilmiş ümummilli lider Heydər Əliyev noyabrın 2-də Azərbaycan xalqına tarixi müraciət etdi və bütün siyasi qüvvələri hərc-mərcliyi bir kənara qoyaraq bu təcavüzə qarşı səfərbər olmağa çağırdı.

Cəbhə bölgəsində isə böhran ətalətlə davam edirdi. Digər rayonların itirilməsi nəticəsində faktiki olaraq mühasirəyə düşmüş Zəngilan rayonu da 1993-cü il oktyabrın 29-da işğala məruz qaldı. Həmin dövrdə yerlərdə, xüsusilə ordu bölmələrinin rəhbərliyində hələ də əvvəlki siyasi hakimiyyətin təyin etdiyi şəxslər təmsil olunurdular və bu dönəmdə ərazi itkilərinin səbəbi də ilk növbədə, məhz bu amillə əlaqəlidir.

Heydər Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycan ordusunun yerinə yetirdiyi “Horadiz əməliyyatı” nəticəsində 1994-cü ilin əvvəlində Füzuli rayonunun böyük bir hissəsi – 23 yaşayış məntəqəsi işğaldan azad edildi.

Bu tarixin ən obyektiv qiymətini Heydər Əliyevin sonrakı addımlarının timsalında zamanın özü verib. Taktiki uğur nümunəsi olan bu əməliyyatın əsas siyasi əhəmiyyəti ondan ibarətdir ki, öz havadarlarına arxayın olan və Azərbaycanı hərbi cəhətdən zəif və bacarıqsız hesab edən rəsmi Yerevanı bu məğlubiyyətdən sonra həmin ilin may ayında atəşkəs rejimini nəzərdə tutan Bişkek protokoluna imza atmaq üçün masa arxasına oturtmaq mümkün oldu. İkincisi, döyüş meydanında qazanılmış bu uğur Azərbaycan xalqının və əsgərinin öz Ali Baş Komandanına və ordunun gücünə inamını daha da artırdı, insanlarda böyük ruh yüksəkliyi və vətənpərvərlik hissi formalaşmağa başladı.

Bütün bu faktların məcmusundan doğan məntiq onu deməyə əsas verir ki, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsində ən böyük faktorlardan biri AXC-Müsavat cütlüyünün idarəetmədə səriştəsizliyi və bacarıqsızlığı ilə bərabər, həm də onların Qarabağ kartından istifadə etməklə hakimiyyət uğrunda məsuliyyətsiz və çirkin mübarizəsi olmuşdur.

İkili standartlara və ədalətsizliyə qarşı mübarizə

Qarabağ probleminin danışıqlar yolu ilə həllinin alternativinin olmaması ilə bağlı bir çox beynəlxalq təşkilatların, aparıcı dünya dövlətlərinin ikili standartlara söykənən subyektiv yanaşmalarına baxmayaraq zaman keçdikcə Vətən müharibəsinin qaçılmaz olduğunu şərtləndirən bir sıra ciddi amillər formalaşmışdı. Ötən əsrin 90-cı illərində Ulu öndər Heydər Əliyevin apardığı sülh danışıqlarında Azərbaycan hər zaman üstün mövqeyini qoruyub saxlamağa nail olmuşdur. Lakin bununla yanaşı proses uzandıqca arzuolunan nəticə əldə edilmədiyindən Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətinə tənqidi yanaşmasını ortaya qoymuşdu, onu daha fəal olmağa, real təkliflər verməyə çağırırdı.

Ona görə də 2003-cü ildə Azərbaycana rəhbər seçilmiş Prezident İlham Əliyev problemin həlli ilə bağlı diplomatiyasında hücum taktikasına üstünlük verməklə Azərbaycan xalqının işğal faktoru ilə heç zaman barışmayacağını və torpaqlarımızı azad etmək üçün bütün mümkün vasitələrdən istifadə ediləcəyini dönə-dönə təkrar edərək xəbərdarlıq etmişdir.

Bütün sahələrdə olduğu kimi, Qarabağ probleminin həlli istiqamətində Heydər Əliyev ideyalarına sadiq qalan və onları uğurla inkişaf etdirən cənab İlham Əliyev də 25 il ərzində aparılan danışıqlarda işğalçı ilə işğala məruz qalan tərəf üçün eyni məsuliyyət müəyyənləşdirən ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç də qənaətbəxş olmadığı ilə bağlı qənaətini heç vaxt gizlətməyib.

İkincisi, Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının1993-cü ildə qəbul etdiyi işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan məlum 822, 853, 874 və 884 saylı 4 qətnaməsinin icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində müxtəlif təkliflər əsasında Ermənistanla uzunmüddətli diplomatik danışıqlar aparsa da, qarşı tərəfin qeyri-konstruktiv mövqeyi və cəzasızlıq mühiti səbəbindən bu sənədlərin icrası müşkülə çevrilmişdi.

Vətən müharibəsinin başlanmasının birinci ildönümü ərəfəsində - sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda təqdim olunmuş çıxışında bu məsələlər cəsarətlə yenidən diqqət mərkəzinə gətirilib: “BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymamışdır. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var.

ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə nail olmaq məqsədilə 1992-ci ildə təsis edilmişdir. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər. Münaqişə dövründə Ermənistan öz yanaşması və hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə məqsədi status-kvonu saxlamaq və işğalı möhkəmləndirməkdir. Mən dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırmışdım. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi”.

Aprel döyüşləri – Böyük Qələbənin ilk müjdəsi

2016-cı ilin Aprel döyüşləri məsələnin hərb yolu ilə həllinin mümkünlüyü barədə qarşı tərəfə və beynəlxalq təşkilatlara ünvanlanmış bir ismarış idi. Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi altında cəmi 4 gün davam edən bu savaşda Cəbrayıl, Füzuli və Ağdərə rayonlarının 2 min hektardan artıq ərazisi azad edilmiş və mühüm strateji mövqe sayılan Lələtəpə yüksəkliyi ordumuzun nəzarəti altına keçmişdir. Aprel döyüşləri onu böyük qürur və coşqu ilə qarşılayan Azərbaycan xalqının milli həmrəylik və qələbə ruhunun təcəssümünə çevrildi.

Bu döyüşlərdə fərqlənmiş hərbçilər qarşısında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev: “Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq”, - deyə böyük Qələbənin heç də uzaqda olmadığına inamını ifadə etmişdir.

Ermənistanın təxribatçı davranışı müharibəni qaçılmaz edən əsas amildir

Bütün bunlara baxmayaraq, Azərbaycan bu illər ərzində sülhün və Qarabağ probleminin ədalətli şəkildə, beynəlxalq hüquq normaları çərçivəsində danışıqlar yolu ilə həllinin tərəfdarı kimi çıxış etmişdir. Lakin 2018-ci ildə Ermənistanda rəngli inqilab nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyanatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə danışıqlar prosesi dalana dirənərək ciddi şəkildə sarsıldı. Təəssüf ki, bu durğunluğun bir sıra beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən susqunluqla qarşılanması onların status-kvonun saxlanılmasında maraqlı olduqlarını bir daha təsdiq etmiş oldu.

Bundan ürəklənən Ermənistanın təxribatı nəticəsində həmin il mayın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda baş vermiş atışma nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu. Qarşılıqlı həmlə ilə ordumuz Ermənistanın 1992-ci ildə işğal etdiyi Günnüt kəndini və bir sıra strateji yüksəklikləri azad etdi. Hərbi ekspertlər bu əməliyyatı “Bakının son xəbərdarlığı” adlandırmışdılar.

Təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən, "yeni torpaqlar uğrunda yeni müharibə" çağırışı etdi. Onun “böyük Ermənistan” xülyasına bağlı bu bəyanatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşayiət olundu.

Təbiidir ki, Azərbaycan tərəfi xalqın milli maraqlarına və heysiyyətinə toxunan bu hərəkətlərə laqeyd qala bilməzdi. 2019-cu il oktyabrın 4-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI iclasının plenar sessiyasında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev Nikol Paşinyanın bir neçə ay öncə - mayın 9-da Şuşada olarkən “Qarabağ Ermənistandır. Və nöqtə” ifadəsi ilə Ermənistanın yeni hökumətinin danışıqlar prosesinə faktiki olaraq son qoyduğunu bildirərək “Qarabağ Azərbaycandır. Və nida işarəsi” sözləri ilə bu təxribatlara cavab vermişdir.

15 fevral 2020-ci ildə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində iki ölkənin liderləri arasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı panel müzakirələr zamanı iştirakçıları Qarabağın tarixi barədə geniş şəkildə məlumatlandıran cənab İlham Əliyev bütün keyfiyyətlərdə Paşinyandan qat-qat üstün olduğunu bir daha sübut etdi və Ermənistanın baş nazirini aciz duruma saldı.

Lakin öz mənfur niyyətlərindən əl çəkmək istəməyən Ermənistan hakimiyyəti bundan sonra daha təhlükəli addımlara rəvac verdi. İşğalçı ölkənin ordu bölmələri 2020-ci il iyul ayının 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, buna müvəffəq ola bilmədi. General-mayor Polad Həşimovla bərabər 12 nəfər digər əsgər və zabitimiz şəhid oldu, 1 nəfər mülki şəxs həlak oldu.

Bunun ardınca 23 iyulda Ermənistan Silahlı Qüvvələri Rusiya ilə ortaq hava hücumundan müdafiə sistemi təlimlərinə başladığını elan etdi. Xəbərdarlıq tədbiri kimi Azərbaycan ərazisində Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin birgə iştirakı ilə sentyabr ayının əvvəlinə qədər davam edən bir sıra hərbi təlimlər keçirildi.

Avqust ayında təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş, lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş, qrupun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür.

Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının o cümlədən, 4 avqust 2020-ci il tarixində Beyrut limanında baş vermiş şiddətli partlayışlardan sonra minlərlə Livan ermənilərinin Ermənistana və işğal ərazilərinə köçürülməsi də Azərbaycanın milli təhlükəsizlik və kəşfiyyat orqanlarının diqqətindən kənarda qala bilməzdi.

Ermənistan rəhbərliyinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri bir sıra tədqiqatçılar tərəfindən danışıqlar prosesindən tamamilə imtina kimi qiymətləndirilmişdir. 2020-ci il sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının nümayəndələri qarşısında çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir. Ali Baş Komandanın bu çıxışı həm Ermənistana, həm də onun havadarlarına ciddi xəbərdarlıq kimi səslənmişdi..

Xalq-iqtidar-ordu birliyi tarixi Zəfərin rəhnidir

2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən dərhal qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında ölkə rəhbəri bəyan etmişdir: “Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Əməliyyat uğurla keçirilir. Eyni zamanda, Ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir”.

Sentyabrın 27-də Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalamış və həmin Fərmanı təsdiq edilmək üçün Milli Məclisə təqdim etmişdir. “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq Fərman Milli Məclisdə səsə qoyularaq təsdiq edilmişdir.

Hərbi vəziyyətlə əlaqədar Milli Məclisdə keçirilən iclasda sentyabrın 27-si 00:00-dan etibarən Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra rayonlarda komendant saatı elan olunması qərarı qəbul olunmuş, 28 sentyabrda isə qismən səfərbərlik elan edilmişdir.

Beləliklə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başlamışdır. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və şərəf və ləyaqət simvolu kimi “Vətən müharibəsi” adı ilə milli tariximizə əbədi yazılmış İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı və “Dəmir yumruq” adı altında aparılmış hərbi əməliyyat nəticəsində 44 gündən sonra möhtəşəm tarixi Zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının qürurunun və Vətən sevgisinin sınağı oldu. Yaddaşımızda babalarımızın "El gücü - sel gücü", "El bir olsa, dağ oynadar yerindən" deyimləri yeni keyfiyyətdə ortaya çıxdı, dövlət və dövlətçilik, milli birlik və düşmən tapdağı altında qalmış əzəli torpaqlarımızın azadlığı uğrunda mübarizə qələbə ruhunun, xalqımızın dəyanətinin və mətinliyinin simvoluna çevrildi.

Düşmənə və onun dünyadakı havadarlarına qarşı bu mübarizədə ölkə Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin ilk gündən nümayiş etdirdiyi qələbə əzmi, mahir siyasətçi və sərkərdəlik məharəti, polad iradəsi Azərbaycan vətəndaşında iftixar hissini yaradan ali keyfiyyətlərdir. Əlbəttə, şübhə yoxdur ki, zaman ötdükcə Vətən müharibəsinin mahiyyəti və fəlsəfəsi araşdırıldıqca, hər kəs onun tariximizi, milli varlığımızı, dövlətçilik ənənələrimizi, mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacaq, bunu daha dərindən dərk edəcək. Və “Qarabağ Azərbaycandır!” ifadəsi bir reallıq olaraq Ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətinə sədaqət andı kimi əbədi olaraq səslənəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək