İDMAN


Murad Haqverdiyev: Qələbə sevincimi bütün Azərbaycanla bölüşürəm

Bakı, 22 iyul, AZƏRTAC 

XV Avropa Gənclər Yay Olimpiya Festivalında qızıl medal qazandığım üçün çox sevincliyəm. Rəqiblərim arasında ən çətini həlledici görüşdə qarşılaşdığım gürcüstanlı Nikolozi Santeladze idi. Ötən ay İtaliyada yeniyetmə güləşçilər arasında keçirilən Avropa çempionatında həmin idmançıya məğlub olaraq gümüş medal qazanmışdım. Bu dəfə isə doğma divarlar arasında rəqibimi məğlub edərək çempion oldum. Qarşıdan dünya çempionatı gəlir. Həmin mötəbər yarışda da özümü çempion görürəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri XV Avropa Gənclər Yay Olimpiya Festivalında sərbəst güləş üzrə 45 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan güləşçisi Murad Haqverdiyev deyib.

Güləşçimiz qələbə sevincini bütün Azərbaycanla bölüşdüyünü qeyd edib. O, qələbəsində pay sahibi olan valideynlərinə, məşqçilərinə və onu dəstəkləyən hər kəsə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.