REGİONLAR


Muratxon Gurayev: Naxçıvanın təcrübəsi gələcək fəaliyyətimizdə böyük rol oynayacaq

Naxçıvan, 17 sentyabr, AZƏRTAC

Əminliklə demək istəyirəm ki, nümayəndə heyətimizdə Naxçıvan təcrübəsi barədə yüksək fikirlər formalaşdı. Düşünürəm ki, Naxçıvan Muxtar Respublikasında öyrəndiklərimiz gələcək fəaliyyətimizdə böyük rol oynayacaq.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində muxtar respublikada səfərdə olan Özbəkistan Respublikasının Mənzil Kommunal Təsərrüfatı və Səhiyyə nazirliklərindən və Dövlət Ekologiya Komitəsindən olan nümayəndə heyətinin rəhbəri, “Comfort Engineering Group”un baş direktoru Muratxon Gurayev deyib.

Qonaq səfərlərinin məqsədi və mahiyyəti barədə danışaraq deyib: “Naxçıvana səfərimizin məqsədi burada həyata keçirilən, beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri layihəsi ilə yaxından tanış olub, bu sahədə qazanılan təcrübəni öyrənməkdir. İstəyirik ki, Özbəkistan Respublikasında da Naxçıvanda istifadə olunan Almaniyanın “Bioworks” şirkətinin texnologiyalarını tətbiq edək. Bunun üçün də əvvəlcə həmin şirkətin Azərbaycan üzrə nümayəndələri ilə əlaqə saxladıq. Səfərin baş tutması üçün apardığımız danışıqlar öz müsbət nəticəsini verdi və Naxçıvana gəldik. Yeri gəlmişkən, Naxçıvan Muxtar Respublikasında xüsusi qonaqpərvərliklə qarşılandığımız üçün minnətdarlıq edirəm. Qısa zaman çərçivəsində buradakı ayrı-ayrı ərazilərdə fəaliyyət göstərən sutəmizləyici texnologiyalarla tanış olduq, peşəkar mütəxəssislərin rəyləri bizim üçün böyük önəm daşıdı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.