REGİONLAR


Mürəbbə ilin bütün fəsillərində immuniteti gücləndirmək üçün çox xeyirlidir – Tovuzdan reportaj VİDEO

Tovuz, 22 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC

Bölgələrdə meyvə-tərəvəz yığımının davam etdiyi bu günlərdə çeşid-çeşid mürəbbə və kompot bişirərək qışa azuqə toplayanlar az deyil. Ənənəvi mürəbbədən başqa qoz, qızılgül, hətta badımcan və pomidordan da mürəbbə bişirib tədarük edənlər var.

AZƏRTAC xəbər verir ki, hazırda mürəbbə bişirilməsinin qızğın çağıdır. Nənələrimiz, analarımız qışa mürəbbə, turşu və kompot tədarüklərini görürlər.

Son vaxtlar qarpız, qoz, qızılgül mürəbbələrinə tələbat var. Hətta badımcan, pomidor kimi tərəvəzlərdən də mürəbbələr hazırlanır.

Uzun illərdir yayda mürəbbə bişirən Tovuz rayon sakini Tamella Nəsibova da qış hazırlığına başlayıb. “İndi mürəbbə bişirməyin əsl vaxtıdır. Yetişən meyvələrdən - ərik, gilas, alça ilə yanaşı, gül, qoz, badımcan mürəbbəsi də bişiririk. Bu mürəbbələr ilin bütün fəsillərində immuniteti gücləndirmək üçün çox xeyirlidir,” - deyə T.Nəsibova əlavə edib.

Sakinlərin sözlərinə görə, hər evdə azı 60-100 kiloqram mürəbbə, kompot, turşu və digər konservlər qablara yığılıb qış üçün saxlanılır. O ki qaldı mürəbbələrin faydalarına, qarpız mürəbbəsi mədə zəifliyinə qarşı və həzmi yaxşılaşdırmaq üçün çox faydalıdır. Zoğal soyuqdəymədə, zəncəfil mürəbbəsi isə bəlğəmə qarşı çox istifadə olunur. Badamdan hazırlanın mürəbbə isə öskürəyə qarşı çox yaxşı təsir göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.