CƏMİYYƏT


Mürəkkəb neyrocərrahi əməliyyat: Beyindən böyük törəmə xaric edilib

Bakı, 6 noyabr, AZƏRTAC 

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) xəstə üzərində ağır əməliyyat icra olunub. Xəstənin beynində aşkar edilmiş glioblastoma multiform gross total əməliyyat vasitəsilə xaric edilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, glioblastoma multiform mərkəzi sinir sisteminin bədxassəli şişidir. Birincili beyin şişlərinin ən aqressiv olan və daha çox rast gəlinən bu forması insanın istənilən yaş dövründə aşkarlana bilər. Lakin xəstəlik 50-70 yaş arasında daha çox qeydə alınır. Müalicəsi əsasən cərrahi əməliyyatdan və yatağın şüalanmasından ibarətdir. Çox vaxt şiş böyük olur və beynin mərkəzlərinə yaxın yerləşir. Əsas məqsəd mümkün qədər çox şiş toxumasının çıxarılması və ən əsası xəstədə əməliyyatdan sonra nevrolojik qüsura yol verilməməsidir.

RMDM-ə müraciət edən, beyninin sol hissəsində böyük törəmə aşkar olunan xəstədə nitqin pozulması və sağ ətraflarda gücün azalması halları müşahidə olunub. Hərəkət və danışıq mərkəzlərinə olduqca yaxın yerləşmiş törəmə neyrocərrah Azər Əkbərov tərəfindən gross total əməliyyat üsulu ilə xaric edilib. Əməliyyatdan sonra heç bir qüsur qeydə alınmayıb və xəstənin şikayətləri aradan qalxıb. Əməliyyatdan dörd ay sonra çəkilən baş-beynin kompüter tomoqrafiyasında beyin dislokasiyası və ödəmin keçdiyi aşkarlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.