SİYASƏT


Murmansk Dövlət Universal Elmi Kitabxanasında Azərbaycan ədəbiyyatı gecəsi keçiriləcəkdir

Bakı, 18 yanvar (AZƏRTAC). Murmansk Dövlət Universal Elmi Kitabxanasında Azərbaycan ədəbiyyatı gecəsi keçiriləcəkdir. Hazırda xarici ədəbiyyat şöbəsində Azərbaycan yazıçılarının onlarca əsəri təqdim olunmuşdur. Bu siyahı Heydər Əliyev Fondu və Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu tərəfindən təqdim olunmuş kitablarla genişlənmişdir.

Yanvarın 24-də keçiriləcək tədbirə görə, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Murmansk vilayət bölməsinin sədri Emin Seyfili, Rusiya və Azərbaycan jurnalistlər ittifaqlarının üzvü Əli Məmmədhüseynoğlu, Murmansk İctimai Palatasının üzvü Afil Hüseynov və Azərbaycan diasporunun digər fəalları məsuldurlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.