DÜNYA


Murmansk vilayətinin Xibin dağlarında dördüncü dərəcə qar uçqunu təhlükəsi elan olunub

Bakı, 11 yanvar, AZƏRTAC

Rusiya Federasiyasının Murmansk vilayətinin Xibin dağlarında dördüncü dərəcə qar uçqunu təhlükəsi elan olunub. Bu barədə bölgənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, cüzi əlavə qüvvə nəticəsində Xibin dağlarında qar uçqununun yaranması mümkündür. Xilasedicilər dağ yamaclarında sürüşməməyi təkidlə tövsiyə edir və qış dövründə dağlarda qaydalara əməl etməyin zəruriliyini bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.