Murmanskda 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş xatirə günü keçiriləcəkdir
AzerTAg.az
Bakı, 17 yanvar(AZƏRTAC). Murmanskda 20 Yanvar faciəsinə həsr olunmuş və Azərbaycan tələbələri, Ümumrusiya Azərbaycan Konqresinin regional şöbəsinin və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) fəalları tərəfindən təşkil olunmuş tədbir keçiriləcəkdir.
Yanvarın 20-də faciəyə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək, Azərbaycan televiziyasının verilişlərinə baxış olacaq, ehsan veriləcək və şəhidlərin ruhuna dualar oxunacaqdır.
Konfrans çərçivəsində sənədli film nümayiş etdiriləcək və fotosərgi təşkil olunacaqdır.
Tədbirdə bələdiyyə və hökumət orqanlarının nümayəndələri, Murmansk vilayəti İctimai palatasının, Murmanskda yaşayan müxtəlif milli icmaların üzvləri, vilayət kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak edəcəklər.
Xəbərin mətnində orfoqrafik səhv var