İDMAN
“Murov” voleybol klubu Çağırış kuboku yarışına Polşada hazırlaşacaq
Bakı, 6 oktyabr, AZƏRTAC
Kişi voleybolçulardan ibarət “Murov” klubu Polşada təlim-məşq toplanışı keçəcək.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, 2022/2023-cü il mövsümündə Azərbaycanı Çağırış kuboku yarışında təmsil edəcək Fərid Cəlalovun rəhbərlik etdiyi komanda Polşaya yollanıb. Təmsilçimiz oktyabrın 12-dək Kialnarova şəhərində təlim-məşq toplanışında iştirak edəcək.
Hazırlıq prosesində “Murov”un yerli klublarla bir neçə yoxlama matçı da planlaşdırılır.
Qeyd edək ki, “Murov” klubu Çağırış kuboku yarışının 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” komandası ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün Azərbaycan təmsilçisi meydan sahibi sayılacaq. Hər iki matç saat 18:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]