CƏMİYYƏT


Musa Qəniyev: Koronavirusun “lyambda” ştamı xəstəliyin daha ağır keçməsinə səbəb ola bilməz

Bakı, 20 sentyabr, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyasının “lyambda” ştamı dünyanın 30-dan çox ölkəsində yayılıb. “Lyambda” koronavirus infeksiyasının genom fərqliliyi göstərən 24 mutant ştamından biridir. Koronavirusun indiyə qədər öyrənilmiş dörd ştamından hər birinin nöqtə mutasiyasının nəticəsi kimi 10-la mutasiya variantı var. COVID-19-un bütün mutantları, o cümlədən “lyambda” ştamı orijinal ştamdan müəyyən xüsusiyyəti (məsələn, yoluxdurma əmsalı) ilə fərqlənir. Əks halda demək olar ki, ana ştam mutasiyaya məruz qalmayıb.

AZƏRTAC xəbər verir ki, tibb elmləri doktoru, professor Musa Qəniyev koronavirusun “lyambda” ştamı barədə məlumat verib.

O qeyd edib ki, mutantlar nuklein itkisi və fərqliliyi nəticəsində yarandığına görə, digərləri kimi “lyambda” ştamı da xəstəliyin daha ağır keçməsi və letallığın (öldürücülük əmsalı) yüksək olmasına səbəb ola bilməz: “ Məlum səbəbdən “lyambda” ştamının patogenliyi COVID-19-dan nəinki yüksək ola bilməz, hətta ondan dəfələrlə zəif olmalıdır. İstər təbii immunitet, istərsə də peyvəndləmə nəticəsində formalaşan immunitet hər kəsi “lyambda” ştamından aktiv şəkildə qorumalıdır. Belə şəxslərdə virusa təkrari yoluxma ehtimalı yalnız 0,002 faiz olmalıdır. Yəni, gigiyenik qaydalara riayət etməklə koronavirus qorxusunu birdəfəlik unutmaq və normal həyata davam etmək lazımdır”.

Professor, həmçinin koronavirusun “lyambda” ştamı haqqında yayılan yanlış fikirlərə də münasibət bildirib: “İddia edirlər ki, “lyambda” koronavirusun digər ştamları ilə müqayisədə istər təbii, istərsə də peyvənd immunitetinə qarşı daha dözümlü, eləcə də daha yoluxucu və daha aqressivdir. Orqanizmə düşdükdə onu neytrallaşdırmaq üçün “delta” ştamının neytrallaşdırılmasına lazım olan anticisimlərdən də 1,5 dəfə çox miqdarda anticisim tələb olunur. “Lyambda” ştamının patogenliyi o qədər yüksəkdir ki, hətta bu infeksiyanı keçirib təbii immunitet qazanmış və ya peyvənd olunaraq immuniteti formalaşan şəxslərin belə bu ştamla yoluxma ehtimalı çox yüksəkdir. Yapon alimlərinin fikrincə, virusun ACE2 reseptorlarına bağlanma sahəsində genom dəyişikliyinə səbəb olan mutasiyanın baş verməsi bunun əsas səbəbidir. Elmi məntiq və fundamental klinik müşahidə və tədqiqatlara istinad etməyən belə fərdi yanaşmaların ictimailəşdirilərək geniş əhali içərisində yayılması yalnız stres, qorxu, mənəvi sarsıntı və tərki-dünyalığa xidmət edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.