CƏMİYYƏT


Musa Quliyev: Azərbaycanın Vətən müharibəsində Zəfəri Lider-xalq-ordu birliyinin nəticəsidir

Bakı, 27 sentyabr, AZƏRTAC

Müasir Azərbaycan dövlətinin XXI əsrdə inkişafı, möhkəmlənməsi, tərəqqisi, beynəlxalq aləmdə özünə layiq yer tutması, ərazi bütövlüyünün təmin edilməsi istiqamətində mübarizəsi Prezident İlham Əliyevin müdrik və uzaqgörən fəaliyyəti, uğurlu siyasəti ilə bağlıdır. 2003-cü ildə ilk dəfə ölkə Prezidenti seçilərkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, – söyləyən Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illər ərzində təkcə Azərbaycan vətəndaşlarının deyil, ümumilikdə 50 milyondan çox dünya azərbaycanlısının da həqiqi Lideri oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə olduqca böyük, çoxşaxəli, uğurlu layihələr həyata keçirildi, sosial-iqtisadi proqramlar qəbul olundu. 2004-cü ildən start verilən regionların sosial-iqtisadi inkişafı layihələri bu gün də uğurla davam etməkdədir. Azərbaycanda orta aylıq, minimum əməkhaqqı və pensiya, yaşayış minimumu və digər bu kimi göstəricilər dəfələrlə yüksəldi. Dövlətimiz qısa müddət ərzində dünya kosmik klubunun üzvü oldu. Bu da ölkəmizin elmi, iqtisadi potensialının gücündən xəbər verir. Prezident İlham Əliyev 2003-cü ildən bəri qarşıya qoyduğu bütün məqsədlərə nail oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev ifadə edib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycan müstəqilliyinin 20-ci ildönümü ərəfəsində BMT-də təşkilatın 155 ölkəsinin dəstəyi ilə Təhlükəsizlik Şurasının üzvü seçildi. Eyni zamanda, Azərbaycan dünyada gedən bir çox proseslərə fəal müdaxilə edən, öz sözünü deyən dövlət kimi tanındı. Təsadüfi deyil ki, dünyanın 120 ölkəsini özündə birləşdirən Qoşulmama Hərəkatının üzv dövlətləri Prezident İlham Əliyevi bu təşkilatın sədri seçdilər. Ölkəmizin quruma sədrliyinin daha bir il uzadılması barədə qərar da qəbul olundu.

Musa Quliyev vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycanın sosial, iqtisadi, hərbi qüdrətinin artması, ordu-xalq-Lider birliyinin möhkəmlənməsi yekunda böyük Qələbəmizlə nəticələndi. Ötən il 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu, torpaqlarımız işğaldan azad edildi. Azərbaycan xalqı öz Liderinə güvənir və inanır ki, ölkəmizin gələcəyi daha parlaq olacaq, xalqımız daha da xoş günlər yaşayacaq.

“Zəfərimizdən dərhal sonra bölgədə böyük quruculuq işlərinə start verilməsi, o cümlədən hava limanlarının tikintisi, “ağıllı şəhər”, “ağıllı kənd” layihələri, Şuşa və Ağdam şəhərlərinin yenidən qurulmasına başlanılması ölkəmizin gücünü göstərir. Bütün bunlar isə Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi müdrik və uzaqgörən siyasətin bəhrələridir”, - deyə Milli Məclisin deputatı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.