CƏMİYYƏT


Musa Quliyev: Ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır

Musa Quliyev: Ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır

Bakı, 3 fevral, AZƏRTAC

Ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması və dövlət zəmanətli investisiya imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin fevralın 3-də keçirilən iclasında söyləyib.

Komitə sədri diqqətə çatdırıb ki, sosial müdafiə və dövlət sosial müdafiə fondu ilə bağlı qanunlara dəyişikliklər zərurətdən yaranıb. Bu qanun layihələrinin hazırlanmasında beynəlxalq təcrübədən istifadə edilib.

Onun sözlərinə görə, qanun layihələrinin hazırlanması məşğulluq sahəsində dayanıqlığın artırılmasına, Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən qalan artıq gəlirlərin investisiyaya yönəldilməsinə və əhalinin digər sosial məsələlərinin həllinə yönəldiləcək.

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov və digər rəsmi şəxslər iştirak edirlər.

Qeyd edək ki, komitənin fevralın 3-də keçirilən iclasının gündəliyində 3 məsələ müzakirəyə çıxarılıb. Bunlardan 2-si birinci oxunuşda, 1-i isə ikinci oxunuşda təqdim edilib.

1. “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

2. “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

3. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.