MƏDƏNİYYƏT


Musa Yaqub oxucularının görüşünə yeni kitabla gəlib

Bakı, 14 noyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyi Xalq şairi Musa Yaqubun şeirlərindən ibarət “Gərək bu sözümü daşlara yazam” adlı yeni kitabını çap edib.

AZƏRTAC xəbər verir ki, kitab şairin 80 illik yubileyi münasibətilə işıq üzü görüb. Nəfis tərtibat və yüksək dizaynla çap olunmuş “Gərək bu sözümü daşlara yazam”da ustad şairimizin gənc yaşlarından indiyədək qələmə aldığı, dillər əzbərinə çevrilmiş çoxsaylı şeir və poemalarının bir qismi toplanılıb. 500 tirajla 456 səhifədə çap olunmuş kitab “Renesans-A” çap evində işıq üzü görüb. Buraxılışa məsul nazirliyin əməkdaşları Aslan Cəfərov və Ələddin Əsədzadədir.

Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin (Daşlara yazılan söz) “Ön söz” yazdığı kitabın redaktoru, jurnalist-publisist Nəzirməmməd Zöhrablıdır (Şairlik Yaradandan payıdı Musa Yaqubun).

Şairin yaradıcılığının böyük bir qisminə - əsas komponentlərinə ekskurs sayılacaq nəşr şeirlərdən ibarət beş hissəni və poemalar adlı bir bölümü əhatə edir.

Mədəniyyət Nazirliyinin xətti ilə ölkəmizin bütün kitabxanalarına paylanacaq poetik nümunə həmçinin hər bir soydaşımızın da stolüstü kitabına çevriləcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.