CƏMİYYƏT


Müsabiqələrin qalibləri mükafatlandırılıblar

Bakı, 12 fevral, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) təşkilatçılığı ilə “Xəzərimizi birgə qoruyaq” poster və “Plastiksiz sahillər” komikslər müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda ilk dəfə keçirilən komikslər müsabiqəsinin qalibləri Seyran Cəfərli, Cavid İlham, Hikmət Mürsəlzadə, poster müsabiqəsinin qalibləri isə Səbinə Abdullayeva, Nərmin Kərimova və Günay Nəcəfzadə olub. Qaliblərə sertifikat və pul mükafatı təqdim edilib.

Qeyd edək ki, müsabiqələrin keçirilməsində məqsəd yaradıcı və istedadlı insanların öz rəsm əsərləri vasitəsilə Xəzər dənizinin ekoloji problemlərinə və onun həlli yollarına diqqətin artırılması, ictimaiyyətə çağırış etməsi, ekoloji maarifləndirmənin kreativ üsullarla daha geniş kütləyə çatdırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.